23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Jurnalist olsaydım, baş məşqçiləri daha çox tənqid edərdim"

“Son pillələrdə qərarlaşan 2 komandanın görüşü idi. Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Topaz Premyer Liqasının XIV turunda “Neftçi”nin qonağı olan “təyyarəçilər” 1:0 hesablı qələbə qazanıblar, cari mövsümdə ilk qalibiyyətlərini rəsmiləşdiriblər.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Əhmədov qələbəni şərh edib: “Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qalibiyyət çatışmırdı. Bütün futbolçulara təşəkkür edirəm. “Qəbələ” ilə oyunda zədəlilərimiz var idi. Bu matçda isə onlar artıq meydanda idilər, 1-2 futbolçu istisna olmaqla. Futbolçulara demişdim ki, heç olmasa qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedək. Düzdü, hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədi. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam”.
 
- Qış fasiləsində heyətdə dəyişiklik edəcəksizmi?
- Komanda noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.
 
- Qış toplanışı ilə bağlı planınız necədi?
- Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik. Son 2 ildə olduğu kimi, Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.
 
- Tərlan Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edərdi?
- Kənardan oyunu təhlil etmək asandı. Pelenin bir müsahibəsi var ki, ona futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. Keçən il Avroliqaya şansımız son anda əldən çıxdı. Bu il də istəməzdim ki, nə “Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir “Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə “xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir. (Apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30