20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”: 13 oyunda 31 xal

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 13 oyunda qüvvəsini sınayıb. 10 qələbə qazanan “Qəbələ” təmsiçiləri 1 heç-heçə edib və 2 dəfə uduzub.

U-19 əvvəl “Sumqayıt”ı 2:0, ardınca “Neftçi” İK İB-i 6:0 hesabı ilə məğlub edib. İki ev qələbəsindən sonra xal hesabını 31-ə çatdıran “Qəbələ” turnir cədvəlinin zirvəsinə yüksəlib.

Ev oyununda AZAL-ı sınağa çəkən U-16 8 cavabsız qolla qalib gəlib. 9 oyunda 19 xal qazanan komanda 4-cü pillədə qərarlaşıb.

U-15 “İnter”lə səfər matçında qələbə qazanıb - 2:1. “Qırmızı-qaralar” 10 oyundan sonra 28 xalla yarışın lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Təhsil” FM-ə 0:1 hesabı ilə uduzan U-14 komandası 12 oyundan 27 xalla 3-cüdür. “Neftçi” İK İB-ə 1:0 hesabı ilə qalib gələn U-13-ün aktivində 12 oyundan sonra 23 xal var. Komanda 4-cü yerdə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunur. U-12 Liqasında “Qəbələ” “Şorsu-2” üzərində qələbə qazanıb - 9:0. UGİM Qaxın “Kürmük”ü ilə bərabərə qalıb - 0:0. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, UGİM 26 xalla 3-cüdür. U-11 Liqasında “Qəbələ” “Daşqın”a 4:0, UGİM Qax UGİM-inə 4:1 hesabı ilə qalib gəlib. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, UGİM 30 xalla 2-cidir.

U-10 Liqasında “Qəbələ” “Lokomotiv”i 18:0, Gİİ Oğuz UGİM-ini 3:1 hesabı ilə üstələyib. UGİM Yevlax UGİM-inə uduzub - 2:5. 11 turdan sonra “Qəbələ” 33 xalla 1-ci, Gİİ 24 xalla 4-cü, UGİM 19 xalla 5-cıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30