20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-nın şübhəli bilib, dünən kənarlaşdırdığı futbolçu Azərbaycanı 2 ay əvvəl tərk edib

AFFA və PFL tərəfindən I divizionla bağlı araşdırma zamanı dünən şübhəli bilinən və araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılan “Şahdağ”ın futbolçusu Uce Cukunyere Azərbaycanı çoxdan tərk edib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, mövsümün əvvəlində Qusar klubuna cəlb olunan müdafiəçi artıq 2 aydır ki ölkəmizdən ayrılıb. Bir neçə oyunda meydana çıxan nigeriyalı futbolçunun sənədlərində problem yaranıb. Miqrasiya xidməti ilə bağlı çətinliyə düşən Cukunyere həm bu, həm də “Şahdağ”da maliyyə durumunun ürəkaçan olmaması səbəbindən oktyabrın sonunda Azərbaycandan ayrılıb. Üstəlik, 20 yaşlı futbolçu bir daha ölkəmizə qayıtmaq fikrində deyil.

Bu halda AFFA-nın 2 ay əvvəl Azərbaycanı tərk edən futbolçunu şübhəli bilməsi, hətta onun haqda araşdırma aparması qəribədir. Cukunyere ölkəmizdən bir dəfəlik ayrılıb. Bu halda, AFFA onu necə cəzalandıracaq? Yaxud Cukunyere ilə bağlı şübhələr öz təsdiqini tapacağı halda, nə dəyişəcək ki? Məsələn, nigeriyalı müdafiəçi yetirməsi olduğu Uqandanın "Delta Force" klubuna qayıtsa, onun Azərbaycanda oyun alqı-satqısı ilə məşğul olmasından kim xəbər tutacaq ki?

Bütün bu suallara cavab tapmaq üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy saytımıza açıqlamasında bunları söylədi: “Çıxarılan qərarda qeyri-adi heç nə yoxdur. Cukunyere Azərbaycanı tərk etsə də, yenidən ölkəmizə qayıda bilər. Bu halda isə onun Azərbaycan klubunda forma geyməsində problem ortaya çıxacaq. Lap başqa ölkədə çıxış etsə belə, orada nigeriyalı futbolçunun danışılmış oyunlarda şübhəli bilinməsindən məlumatlı olacaqlar. Belə futbolçunu çətin ki kimsə komandasında saxlasın”.

Mikayıl bəy AFFA-nın qərarını müdafiə etsə də, hər şey göz önündədir. Belə çıxır ki, Cukunyere gəlib burda istədiyini etdi və vətəninə qayıtdı. Azərbaycandakı danışılmış oyunlara görə isə o, hər hansı problem yaşamayacaq. Hansısa Afrika ölkəsində forma geyəcəyi təqdirdə çətin ki, kimsə Cukunyereyə Azərbaycanda oyun alıb-satdığı üçün gözün üstündə qaşın var desin...

İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30