20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”də son durum: legioner ili başa vurdu

Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq “Qəbələ”nin heyətlə bağlı problemləri davam etməkdədi. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın əsas heyət üzvlərindən olan Baqali Dabo hələ də sıraya dönməyib.
 
Belə ki, fransız hücumçu fərdi hazırlıqla kifayətlənir. Kollektivlə məşqlərdə iştirak etməyən Dabo Gəncə təmsilçisi ilə matçda da meydana çıxmayacaq. Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində AZAL-la qarşılaşmada da iştirakı gözlənilməyən 28 yaşlı forvard ili vaxtından əvvəl başa vurub. Yanvarın 9-da Antalyaya yola düşəcək “Qəbələ”nin hücumçusu məhz təlim-məşq toplanışında kollektivlə məşqlərə qatıla biləcək.
 
“Qəbələ”nin digər zədəlisi, gənc futbolçu Tellur Mütəllimov da komanda ilə məşqlərdə iştirak etmir.
 
Qeyd edək ki, “Qəbələ” “Kəpəz”lə dekabrın 17-də, AZAL-la isə 4 gün sonra üz-üzə gələcək. (Apasport.az)  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30