19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"İnter" - "Kəpəz" matçının taktiki təhlili

Ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, "İnter"in qonağı olan "Kəpəz" 0:2 hesabı ilə məğlub olub. “Extratime” saytı bu matçı taktiki cəhətdən təhlil edib. Sizi həmin materialla tanış edirik:
 
“Zaur Svanadze müdafiədə Denis Silvanın yerinə Adrian Skarlatakeyə şans vermişdi. Həmçinin bu yaxınlarda toyu olan Ruslan Abışov da ehtiyatda qalmışdı.
 
Şahin Diniyev isə əlindəki optimal heyətə güvənmişdi. Şəhriyar Əliyevlə Dario Federikonun zədələri davam etsə də, “Kəpəz” artıq xeyli vaxtdır ki, bu futbolçularsız oynamağa öyrəşmişdi.
 
Matç gözlənildiyi kimi, əsasən meydanın mərkəzində keçdi. Düzdür, “İnter” futbolçuları arabir xüsusilə cinah hücumlarının köməyilə rəqibin müdafiə xəttini yara bilirdi, lakin müdafiəçilərin və qapıçı Simaitisin sayıq oyunu sayəsində hesab açılmırdı. “Kəpəz” isə ümumiyyətlə, “İnter”in cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdi. Belədə yeganə ümid uzaqdan zərbələrə qalırdı ki, epizodların birində Nicat Qurbanovun hesabı açmasına Səlahət Ağayev mane oldu.
 
Fasilədən sonra “İnter” yenə öz oyun üslübuna sadiq qalsa da, artıq daha böyük təzyiqlə hücumlar qurmağa başladı. “Kəpəz” isə bu təzyiqə hazır deyildi. Hələ ilk yarıda gəncəlilər rəqibin sürətli cinah hücumlarının qarşısında çətinlik çəkirdilər və gözləmək olardı ki, Şahin Diniyev bununla bağlı yetirmələrinə xüsusi tapşırıqlar verəcək. Lakin bu yöndə heç bir dəyişiklik hiss olunmadı və “İnter” 58-ci dəqiqədə hesabı açmağı bacardı. Qonaqlar qolun şokundan ayılmağa imkan tapmamış meydan sahibləri daha bir qol vurmağa nail oldular. Artıq bundan sonrası məlum idi: “İnter” möhkəm müdafiə səddi qurub əks-hücumlara bel bağlayacaqdı. Belə əks-hücumlar zamanı “bankirlər” hətta bir neçə dəfə hesabı artırmağa da yaxın oldular.
 
“Kəpəz” isə heç cür özünə gələ bilmirdi. Şahin Diniyevin taktiki sxemə toxunmadan 65-ci dəqiqədə Ceyhun Cavadovu, 76-cı dəqiqədə Tural Rzayevi “döyüşə atması” da heç nəyi dəyişmədi. Təcrübəli məşqçi yalnız 88-ci dəqiqədə Tural Axundov-Tural Qürbətov dəyişikliyi ilə 3-5-2 sxeminə keçib riskə getdi ki, onda da artıq nəsə etməyə vaxt qalmamışdı”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30