26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” üçün 2 yubiley birdən

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Qarabağ” üçün iki yubileylə əlamətdar olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən “ağ-göylər” Azərbaycan kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdur. 
 
Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan “Qarabağ”ın “Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib. Mahir Mədətov komandasının 150-ci ev qoluna imza atıb. Əyalət klubunun evdəki məhsuldarlığı 2,375-dir. Azərbaycan kubokunda öz meydanında ən çox qol vuran komanda ünvanına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə onların qapısından cəmi 30 top keçirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30