29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Svanadze: “Rahatlaşmamalıyıq”

“Yaxşı oynadıq, müdafiədə az səhv buraxdıq. Kombinasiyalar qurduq və 2 qol vurduq. Uşaqlara təşəkkür edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”i qəbul edən “bankirlər” 2:0 hesablı qələbə qazanaraq, cavab görüşü öncəsi böyük üstünlük əldə ediblər.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Svanadze fikrini bu sözlərlə davam etdirib: “Qarşıda 2 oyunumuz var. Çalşacağıq ki, ili yaxşı başa vuraq”.
 
- Şahin Diniyev qeyd etdi ki, şanslar 60-ın 40-a “İnter”in xeyrinədi. Siz necə düşünürsüz?
- 2:0 yaxşı üstünlükdü. Ancaq cavab oyunu Gəncə şəhər stadionunda olacaq. Həmin stadionun ot örtüyünü bilirsiz. Rahatlaşmamalıyıq. Yaxşı mübarizə aparmalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.
 
- İkinci hissədə komanda daha yaxşı təsir bağışladı. Fasilədə futbolçulara nə dediz?
- Uşaqlara dedim ki, yaxşı oynayırsız, bir az da “artırmaq” lazımdı. Onlar da ikinci hissədə həmin oyunlarını davam etdirdilər.
 
- “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaqsız. Bu itkilərin fonunda yaxşı oyun göstərmək üçün nə etməyi fikirləşirsiz?
- Ciddi itkilərimiz var. Bizim heyətimizdə digər yaxşı oyunçular da var. Çalışacağıq layiqli oyun nümayiş etdirək. (Apasprot.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31