25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elxan Abdullayev: “İşin 50 faizini həll etdik”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Zirə"nin qonağı olan "Neftçi" 3:0 hesablı qələbə qazanıb. Matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev qələbəni şərh belə edib:
 
- Kubok oyunları çempionat matçlarından fərqlənir. Bu gün 3:0 hesablı qələbə qazansaq, sevinmək hələ tezdi. Hələ heç nə həll olunmayıb. Bizi cavab oyunu gözləyir. Bu gün işin 50 faizini həll etdik. Qalan 50 faizi isə cavab görüşündə yerinə yetirəcəyik".
 
- Bu cür qələbəni gözləyirdizmi?
- Bəzi oyunçularımız zədəyə görə, bu gün meydana çıxmadılar. Əvəzində digər gənclərə şans verdim. Gördüm ki, gözləri "yanır", istəkləri çoxdu. Düzdü, rəqib ustalıq səviyyəsi baxımından bizdən güclüdü. Deyərdim ki, "Zirə" ən intizamlı, az qol buraxan komandadı. Biz də bu gün gözəl kombinasiyalardan sonra qollar vurduq. 
 
- İkinci qolda penaltidən öncə Jayroya nəsə dediniz, o da Pessalliyə çatdırdı...
- Braziliyalılar "Panenka" zərbəsini vurmağı xoşlayırlar. Mən istəmədim ki, belə oyunda o cür zərbə vursun. Bunu Jayroya dedim, o da Pessalliyə çatdırdı. 
 
- Zədəli futbolçular nə vaxt sıraya dönəcək?
- Süni örtüklü meydançalar futbolçulara böyük zərbə vurur. Yumşaq meydançadan sonra süni örtüklü meydana çıxanda zədə əmələ gəlir. Nə edə bilərik? Zədəlilərimiz bəlkə də, cavab görüşünə hazır ola bilərlər. 
 
- Bu gün əks-hücumlardan yaxşı faydalandız... 
- Bu gün komandanın oyunu alındı. Azarkeşlər də böyük rol oynadılar. İlk dəqiqələrdən sona qədər bizə dəstək verdilər. Qış fasiləsinə kimi 2 oyunumuz qalıb, həmin görüşlərdə də onların dəstəyini gözləyirik.
 
- "Trabzonspor"un icarəyə vermək istədiyi Ramil Şeydayevi "Neftçi" heyətinə qata bilərmi?
- Mən heç kimi bizim komandaya gəlməyə məcbur edə bilmərəm. Amma "Neftçi"nin qapısı hər bir milli futbolçunun üzünə açıqdı. Ramil istəsə, bu barədə söhbət edə bilərik.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30