28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Tərlan Əhmədov razıdır

"İtkilərə baxmayaraq, komanda mübarizə apardı. Futbol səhvlər üzərində qurulub. Hər oyun  səhvlərdən qol buraxırıq. Amma bu gün komandamdan razı qaldım".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
 
O, mərhələni adlamaq istədiklərini bildirməklə yanaşı, "Qəbələ"nin güclü olduğunu da qeyd edib:
"Qəbələ" ad qazanmış komandadır. Yüksək səviyyəli oyunçuları var. Bizim isə ehtiyat qüvvəmiz yoxdur. Əlimizdə material olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım. Ozobiçin ustalıq səviyyəsi göz önündədir.  Ortaya 10 futbolçu da qoysaydım , xeyiri olmayacaqdı.Üç gün sonra "Neftçi" ilə derbi oyunumuz var. Bu oyuna çox ciddi hazırlaşacağıq.
 
Tərlan Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:  "Oyunun necə nəticələnəcəyini deyə bilmərəm.  Mən Vanqa deyiləm. Uğuru verən gözəgörünməzdir. "Neftçi" ilə şəxsi prinsipim yoxdur. "Neftçi"nin adı var. Amma biz də çalışacağıq ki, 3 xal uğrunda mübarizə aparaq". (Qol.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31