16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Təbriz Həsənov püşkü dəyərləndirdi: “Qrupdan çıxmaq olar”

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytına açıqlamasında təcrübəli mütəxəssis Serbiya, İrlandiya və Kiprə rəqib olmalarından narazılıq etməyib: “Əslində, qrup nə o qədər çətindi, nə də asan. İrlandiya millisinin oyun tərzi çoxlarına məlumdu. Serbiya yığmasının çıxışını mayda Bakıda keçirilən Avropa çempionatında görmüşük. Yalnız Kipr haqda geniş məlumatımız yoxdu. İstənilən halda, bu qrupdan çıxmaq olar. İlk 2 yer uğrunda mübarizə apara bilərik. Əsas odur ki, aparıcı millilərlə eyni qrupda yer almadıq”.

“Demək olar ki, ilk 2 yer uğrunda İrlandiya və Serbiya ilə mübarizə aparacağıq” sualını Təbriz Həsənov belə cavablandırıb: “Kiprin zəif olduğunu deməzdim. Düzdür, favorit sayılmırlar. Amma asanlıqla təslim olacaqlarını da düşünmürəm. Bu qrupda zəif komanda yoxdu. Hər bir komandanın növbəti mərhələ şansı var”.

Yığmamızın çalışdırıcısı yeganə mənfi hal kimi oyunların İrlandiya keçirilməsini qeyd edib: “Oyunlar İrlandiyada deyil, ölkəmizdə, yaxud Kiprdə keçirilsəydi, daha yaxşı olard. Çünki oktyabr, noyabr aylarında Britaniyada havalar adətən yağışlı keçir. Bununla belə, seçmə mərhələyə ciddi hazırlaşacağıq. Qrupdakı ilk 2 yerdən birini tutmaq üçün əlimizdən gələni edəcəyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30