28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Noyabrın ən yaxşı qolunun müəllifi Ağsuda mükafatlandırılacaq

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Futbolxeber.az saytının məlumatına görə, PFL artıq 3-cü dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirib.

QALİB NECƏ SEÇİLİR?

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçir. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. 

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görürsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. 

ÜÇÜNCÜ QALİB

Artıq I divizionda noyabr ayının ən yaxşı qolu məlumdur. Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən noyabr ayının ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə olub.

O, gərgin mübarizədə Emin Mustafayev (“Qaradağ Lökbatan”), Ruslan Tağızadə, Hacı Əhmədov (hər ikisi “Zaqatala”) və Zahid Sadıqovu (“Göyəzən”) üstələyib.

PFL-in saytında keçirilən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə rəqiblərini üstələyib. Səsvermə zamanı onun əsas rəqibi “Qaradağ-Lökbatan”dan Emin Mustafayev olub.

İLK DƏFƏ PFL-İN SƏSİNƏ EHTİYAC DUYULMADI

Maraqlıdır ki, PFL-in saytındakı soğruda olduğu kimi jurnalistlərin seçimi zamanı da “Bakılı”nın futbolçusu qalib olub. Media nümayəndələri arasında aparılan sorğuda Nurlan Məmmədzadənin rəqibi “Zaqatala”lı Ruslan Tağızadə olub. Yekunda 32 mətbuat orqanından 9-u Məmmədzadəyə səs verib ki, bu da qalib olmaq üçün kifayət edib.

Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib. Bu isə 3 ay ərzində ilk belə haldır. Həm sentyabr, həm də oktyabr aylarının sorğusunda həlledici seçimi Peşəkar Futbol Liqası etmişdi.

MƏMMƏDZADƏ NƏ VAXT MÜKAFATLANDIRILACAQ?

Məlum olduğu kimi, hazırda I divizionda fasilədir. Bu səbəbdən də noyabr ayının ən yaxşı qolunun müəllifinin nə vaxt mükafatlandırılacağı ilə bağlı sualı Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq:

“Yəqin ki, mükafatlandırma mərasimi qış fasiləsindən sonra olacaq. Çünki mükafatlandırma zamanı məqsədlərimizdən biri də regionlara səfərdir. Fevral ayında “Ağsu” - “Bakılı” oyunu var. Çox güman ki, Nurlan Məmmədzadə həmin oyundan öncə mükafatlandırılacaq. Elə Zaqatalada olarkən Rüfət müəllim (“Ağsi”nun baş məşqçisi Rüfət Quliyev nəzərdə tutulur-red.) bizi Ağsuya dəvət etdi”.

“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31