23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Bakı"nın müdafiəçisi "Rəvan"a keçdi

Yeni mövsümə hazırlığını davam etdirən "Rəvan” heyətini gücləndirməkdə davam edir. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün yay "transfer pəncərəsi”ndə 5-ci keçidini rəsmiləşdirib. "Rəvan" buna qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətə qatmışdısa, növbəti transfer Novruz Məmmədov olub. Martda 23 yaşı tamam olan müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Yaxın keçmişdə 4 il "Muğan”ın şərəfini qorumuş Novruzun son klubunun "Bakı” olduğunu qeyd edək. Azərbaycan U-21 yığmasında 12 oyun keçirən Məmmədov 2011/12 mövsümündə paytaxtın eyniadlı komandasında demək olar, mütəmadi oynasa da, son "futbol ili”ndə bu baxımdan problem yaşayıb. Daha çox oyun praktiktikası əldə etmək fikrində olan müdafiəçi üçün belə məqamda "Rəvan"dan təklif alması lap yerinə düşüb.

Bunu o, klubun rəsmi saytına danışarkən də qeyd edib: "Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə "Bakı”da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım. Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30