20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Əliyar Ağayevin məsələsinə aydınlıq gəldi: “Qərar yayda veriləcək”

AFFA Hakimlər Komitəsininn sədri Xaqani Məmmədov FIFA referisi Əliyar Ağayevin I kateqoriyaya düşməməsinə aydınlıq gətirib.

Futbolxeber.az saytına açıqlamasında Məmmədov Ağayev haqqında səsləndirilən ittihamlara belə münasibət bildirib: “Bir həftə əvvəl UEFA Hakimlər Komitəsinin üzvlərindən biri ilə söhbətimiz olmuşdu. O dedi ki, Əliyar Ağayev çox güman ki birinci kateqoriyada yer alacaq. Yəni mən bu sözü özümdən deməmişəm. Buna qədər hakimlərin qiymətləndirilməsi ildə 2 dəfə aparılırdı. Dünən UEFA Hakimlər Komitəsinin iclası olub. Həmin toplantıda bu haqda qərar çıxarılacağı ehtimal edilirdi. Lakin iclasda qərara alınıb ki, bundan sonra sözügedən proses ildə bir dəfə - mövsümün sonunda keçirilsin. Yəni, təkcə Əliyarın deyil, heç bir hakimin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxılmayıb. Yalnız yeni FIFA statusu almış hakimlərin adı üçüncü kateqoriyaya daxil edilib. Yəni, bu gün paylaşılan siyahı elə köhnə siyahıdı”.  

Xaqani Məmmədov yayda UEFA-dan müsbət qərar çıxarılacağına inandığını söyləyib: "Dünən Nikolay Levnikovla söhbətimiz oldu. O bildirdi ki, böyük ehtimalla, iyunda Əliyarın adı I kateqoriyaya daxil ediləcək. Bunu mən yox, Levnikov deyir. Onu da əlavə etdi ki, həmin vaxta qədər də Ağayev mötəbər oyunlara təyinat ala bilər”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30