29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Afrikalıların “Kəpəz” saxtakarlığı

“Kəpəz” klubu transferlə bağlı bəyanat yayıb.
 
Futbolxeber.az-ın məlumatına görə, həmin mətndə aşağıdakı ifadələr yer alıb: “Qış “transfer pəncərəsi”nin açılmasına az müddətin qaldığı vaxtda “Kəpəz” PFK-nın adından sui istifadə halları yenidən aktuallaşıb. Belə ki, bu günlərdə Gəncə klubunun adından yararlanmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub. Saxta məktubda “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub.
 
Bu cür halların baş verməsindən təəssüflənən “Kəpəz” PFK ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31