19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Bir komanda ilə iş düzəlmir”

“Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə “sağ ol” deyirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nı qəbul edən Ağdam klubu meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov məğlubiyyəti belə şərh edib: “Məğlub olsaq da, qalib gəlmək üçün çox çalışdıq. “Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Amma düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. Onları məyus etmək istəməzdik. Rəqibə də uğurlar arzulayıram. İtaliyanın tam fərqli komandasıdı. Onların oyununa baxmaq hər birimiz üçün maraqlıdı. Mən də Avroliqada “Fiorentina”ya azarkeşlik edib, onların oyununa baxacam”.
 
- Düşünmürsüz ki, artıq rəhbərliklə ciddi danışıb, daha yaxşı transferlər etməlisiz?
- O səviyyəyə gəlib çatmaq üçün çempionatımızın səviyyəsini qaldırmaq lazımdı. Bir komanda ilə iş düzəlmir, gərək bütün komandalarda bu proses getsin. İtaliya və digər Avropa ölkələrinin yüz illərlə təcrübəsi var. Biz bu gün daha yaxşı transferlər etsək də, ondan da yaxşılarını digərləri edir. Amma daha da irəli getmək istəyiriksə, transferlərimizin keyfiyyəti daha yuxarı olmalıdı. Öz oyunçularımdan razı qaldım. Belə oyunlarımızın sayı daha çox olsa, onların təcrübəsi, bacarığı daha keyfiyyətli olacaq. Bugünkü durum belədi ki, şikayətlənməli deyilik. Yenə növbəti mərhələyə çıxmağa şansımız var idi. Görünür, yenə hardasa səhv etmişik, daha diqqətli olmalıydıq.
 
- Yenə qrupdan çıxa bilməməyiniz çempionatdakı legioner limiti ilə bağlı ola bilərmi? Bir də komandanı çempionata adaptasiya etmək nə qədər çətin olacaq?
 - Limitdən şikayət etmək düzgün olmaz. Son 3 ildə birində “İnter”ə, indi də “Fiorentina”ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək lazımdı, elə çıxar ki, sanki mən işimi düz görürəm, başqaları düz görmür, yəni düz çıxmaz. Hər bir ölkə futbolun inkişafı üçün müxtəlif variantlara əl atırlar. Legioner limiti də gənclərimizin inkişafına yönəlib, istər-istəməz hər hansı çatışmazlıqlarımız var. Komandanı, ölkə futbolunu stabil səviyyəyə çatdırmaq üçün komandaların sayını artırmaq lazımdı. Getdikcə oyunçularımızın ustalıq səviyyəsi daha da yaxşılaşmalıdı. Belə baxanda, “Beşiktaş”ın o cür şansı var idi. Amma sonra elə məğlubiyyətlə qrupdan çıxa bilmədilər. Yəni təkcə limitlə bağlı deyil. Mən desəm ki, limitə görə növbəti mərhələyə çıxa bilmədik, yalançı olaram. O ki qaldı çempionata adaptasiyaya, hər bir futbolçu üçün üzücü olacaq. Bunu soyunub-geyinmə otağında da gördüm. Onlar həm fizik olaraq yoruldular, həm də psixoloji zərbə aldılar. Bu bizim işimizdi, çalışacağıq ki, çempionata köklənək.
 
- Fasilədə PAOK – “Slovan” oyununun nəticə ilə maraqlandızmı?
- Bəli, hesabı bilirdim və bu bizə təsir edirdi. Dünən də demişdim ki, oyunun gedişatında PAOK – “Slovan” matçının nəticəsi ilə maraqlanacağıq.
 
- PAOK-a 2 oyunda qalib gəlsəniz də, mərhələ adlaya bilmədiniz...
- Biz onları məğlub etmişdik, amma PAOK da layiqli komanda idi. Deməli, bu gün onlar növbəti mərhələyə çıxmağa daha layiq idilər. (Apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30