25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Atası Emil Balayevin düşdüyü qəza haqda: “Şikayət etməyiblər”

“Emilin qəza törətməsi ilə bağlı məlumatlar doğrudu. Hadisə dünən baş verib”.

Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az-a “Qarabağ”ın qapıçısı Emil Balayevin atası Nazim Balayev deyib.

Gənc qolkiperin idarə etdiyi avtomobil dünən Əmircan qəsəbəsində başqa bir maşınla toqquşub. Nəticədə digər avtomobildə olan 6 aylıq Xalid Bağırov dünyasını dəyişib.

Hadisənin təfərrüatlarını danışan Nazim Balayev qəzanın anidən baş verdiyini söyləyib: “Dəmiryolunu keçdikdən sonra sol tərəfdə olan yolda qarşı tərəfin idarə etdiyi avtomobil sürüşərək ağaca çırpılıb. Emil də maşını saxlaya bilməyib, arxadan ona dəyib. Özü də hadisədən sonra oranı tərk etməyib, dərhal təcili tibbi yardım maşınını çağırıb. Uşaq arxada anasının qucağında olub, hadisə zamanı başından zərbə alıb. Allah rəhmət eləsin”.

Ata Balayev zərərçəkən Əbdülbağır Bağırov və həyat yoldaşı Günel Bağırovanın hazırda xəstəxanada olduqlarını söyləyib. Nazim bəy qarşı tərəfin bununla bağlı şikayət etməyəcəyini də sözlərinə əlavə edib: “Rəhmətə gedən uşağın atası hazırda xəstəxanadadı, əməliyyat olunub. İndi vəziyyəti normaldı. Anasının da durumu normaldı. Zərərçəkənlərlə və onların qohumları ilə görüşdüm, hər şeyə aydınlıq gəldi. Bilərəkdən olmayıb. Orda hansısa sürətdən və ya yarışdan söhbət gedə bilməz. Qarşı tərəflə söhbət elədim, şikayət etməyiblər. Belə bir olay hər kəsin başına gələ bilər. Həmin vəziyyətdə biz də ola bilərdik. Allah onların köməyi olsun. Daim onların yanında olacağıq”.

Balayev oğlunun bir qədər öncə polis bölməsində olduğunu, lakin hazırda harda olması barədə məlumatı olmadığını da vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30