26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

Tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiper idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub.

"Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi"də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt" və "Mil Muğan"da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt"a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

"Qarabağ"ın mətbuat xidməti məlumatı təsdiq edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30