25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Fiorentina"nın baş məşqçisi: "Qarabağ" Avropada özündən söz etdirir"

"Fiorentina"nın baş məşqçisi Paulu Souza Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi Bakıda mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, "Qarabağ"a hörmətlə yanaşdıqlarını deyib: "Qarabağ"a  xüsusi hörmətimiz var. Güclü baş məşqçiləri, yerli və əcnəbi futbolçuları var. "Qarabağ"ı İtaliyada böyük hesabla məğlub etməyimizə baxmayaraq ilk 20-25 dəqiqələrdə çox güclü futbol oynadı".

"Fiorentina"nın çalışdırıcısı bildirib ki, "Qarabağ" güclü komandalardan biridir: "Məqsədimiz güclü rəqiblərə ciddi yanaşıb, qələbə qazanmaqdır. Futbolun gözəlliyi ondadır ki, hər hansı sürprizlə qarşılaşırsan. Demək olar ki, qrupdan çıxmışıq. Amma bu bizə çox rahat oynamağa imkan vermir. Üç qapıçımız var. Təcrübə oynanılaraq qazanılır. Sabahkı oyunda hansı qapıçının meydana çıxacağı sirr olaraq qalsın".

P.Souza sabahkı oyun üçün start heyətini açıqlamaq istəməyib: "Mən oyunçularımdan əvvəl jurnalistlərlə danışmıram. Start heyətini italiyalı jurnalistlərdən soruşsanız daha yaxşı olar. Onlar hər oyundan əvvəl bunu düzgün tapır".

P.Souza Qarabağ adının tarixçəsini bilmədiyini də söyləyib: "Təəssüf ki, mənasını bilmirəm. Bir şeyi bilirəm ki, bu komanda güclü səyləri nəticəsində Avropada özündən söz etdirir".

Qeyd edək ki, mətbuat konfransının sonunda yerli jurnalistlər P.Souzaya "Qarabağ"ın tarixçəsi haqda qısa məlumat verib.

Əlavə edək ki, "Qarabağ" - "Fiorentina" görüşü sabah Bakı vaxtı ilə saat 20:00-da başlaya




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30