28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: "Bu oyun əvvəlkilərdən vacibdi"

“Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdi”.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçını sabah “Fiorentina”ya qarşı keçirəcək.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov işlərinin çətin olacağını bildirib: “Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədi qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların həmişəkindən daha diqqətli olmaları vacibdi. Onların üzərinə böyük məsuliyyət düşəcək”.

- “Böyük beşlik” ölkələrinin komandalarına qarşı Bakıda daha yaxşı oynayırsınız. Sabah nə gözləyək?

- Belə oyunlarda rəqib mane olur. “Fiorentina” digərlərindən də təhlükəlidi. Daim fərqli hücumlar, yerdəyişmələr edirlər. Yeni məşqçi gələndən sonra fərqli oynayırlar. Düşünə bilərik ki, İtaliya komandaları topla oynamağı sevmirlər. Amma “Fiorentina” digərlərindən fərqlənir.

- Rəşad Sadıqov sabah meydanda olacaqmı?

- Oynamaq ehtimalı var. İndi elə vəziyyət yaranıb ki, qərarı özü verəcək. PAOK-la görüşdə mən israr etmişdim. Amma indi diz zədəsidi. Həkimlər ehtiyatlanırlar. Mən istərdim meydanda olsun. Amma özü tam əmin olsa, oynamasına şad olaram.

- Bu oyun psixoloji baxımdan komandaya necə təsir edə bilər?

- Futbol digər idman növlərindən fərqlənir. Burda ilboyu yarış davam edir və bir il hərtərəfli hazır olmalısan. Təbii ki, psixoloji amil təsir edə bilər. Bunun hamısı məsuliyyətdən irəli gəlir. İstəyirik azarkeşləri üzməyək, onlara qələbə bəxş edək. Məğlub olmaqdan qorxmamışam, amma azarkeşləri üzməkdən narahat olmamışam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31