20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” - “Fiorentina”: Bebek dördüncü dəfə Bakıya gəlir

Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək "Qarabağ" - "Fiorentina" matçının hakimləri müəyyənləşib.

Futbolxeber.az saytının məluatına görə, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti xorvat hakimlər qoruyacaq. Matçın baş hakimi İvan Bebekdir.

Bu, xprvar referinin paytaxtımıza dördüncü səfəridir.

İlk dəfə o, 2005-ci ildə Çempionlar Liqasında “Neftçi” - “Hafnarfyordur” matçını idarə edib. Həmin görüş bakılıların 2:0 hesablı qələbəsi ilə tamamlanıb.

Lakin Bebekin Bakıya növbəti 2 səfəri bizim üçün uğursuz alınıb.

2007-ci il oktyabrın 13-də xorvatın baş hakim olduğu görüşdə millimiz Portuqaliyaya məğlub olub - 0:2.

Ötən il isə Bebek “Qəbələ” - “Borussiya” (Dortmund) matçını idarə edib. Həmin görüşdə də 3 xalı qonaqlar qazanıb - 1:3.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30