18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Şahdağ”a hörmətimiz var”

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz” ölkə paytaxtında “Şahdağ”la görüşəcək.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi kapazpfc.az saytına qarşıdakı görüşlə bağlı açıqlama verib:

“Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də “Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var.

Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz.

“Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. “Kəpəz”i indidən “İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə “Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kimisə zəif kimi baxsan, oyunda problem ola bilər”.    

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30