19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Abışov: “İndi gələcək karyeramla bağlı danışa bilmərəm” (MÜSAHİBƏ)

“İnter”in aparıcı üzvü Ruslan Abışovun Futbolxeber.az saytına müsahibəsi

- Ölkə kubokunun 1/8 final mərhələsində “Qaradağ-Lökbatan” üzərində 5:1 hesablı qələbə qazandınız. Qarşılaşmanı asan alındığını söyləmək olar?

- Bu, kubokda ilk oyunumuz idi. Motivasiya istənilən səviyyədə deyildi. Yaxşı ki, erkən qol vurduq və bundan sonra inam artdı. Belə komandalara ilk 15 dəqiqə qol vurmaq lazımdır. Çünki bundan sonra müdafiədə boşluqlar verirlər. Qol gecikdikcə daha inamla müdafiə olunurlar. İlk hissədə yaxşı oynamdıq. Fasilədən sonra daha yaxşı oynadıq. Qollar ardıcıl vuruldu.

- Böyük ehtimalla, “İnter”in 1/4 finaldakı rəqibi “Kəpəz” olacaq. Gəncə klubunu da mübarizədən kənarlaşdırmaq mümkün olacaq?

- İndidən dəqiq demək çətindir. Növbəti mərhələdə 90 faiz rəqibimiz “Kəpəz” olacaq. Bu komanda ilə oyunlarımzı daha çətin olacaq. Onlar da kubokda iddialıdır, biz də. Çalışacağıq ki, istəyimizə çatıb yarımfinala yüksələk.

- Qəbələ qazansanız da, “Qaradağ-Lökbatan”ın qol vurmaqsı bir qədər gözlənilməz oldu...

- 5:0-dan sonra qol buraxmağımız normal haldı. İstənilən halda komanda arxayınlaşmışdı. Əsas olan qələbə idi.

- Çempionatda olduğu kimi, kubokda da məhsuldarda oyun göstərirsən.

- Vurduğum qollarda tək mənim yox, komanda yoldaşlarımın da əziyyəti var. Kimin fərqlənməsi önəmli deyil. Qələbə və mehribançılıq vacibdir. Futbolda komanda daxilindəki ab-hava böyük rol oynayır. Mehribançılıq olmasa, uğur qazanmaq çətindir.

- Premyer Liqanın aparıcı klublarından olan “İnter” I divizionun favoritlərindən “Qaradağ-Lökbatan” üzərində asan qələbə qazandı. Bu, 2 çempionat arasındakı səviyyə fərqinin çox böyük olmasına işarədir?

- “Qaradağ-Lökbatan” birinci hissədə taktiki cəhətdən çox yaxşı oynadı. Bizə boş zona vermədilər. Amma fasilədən sonra ardıcıl qollarımız onları sındıdı. Yaxşı komandadırlar. Premyer Liqa klublarına başağrı ola bilərlər.

- Son zamanlar qış fasiləsində “Neftçi”yə keçəcəyin barədə xəbərlər yayılıb. Həqiqətən yanvarda “İnter”dən ayrılacaqsan?

- İndi bu barədə danışa bilmərəm. Çünki qarşıda 1 çempionat və 2 kubok oyunu var. Həmin oyunları başa vurduqdan sonra gələcək karyeramla bağlı suallarınızı cavablandıraram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30