18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”nin seriyası 202-də qırıldı

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb. Roman Qriqorçukun yetirmələrinin son yenilgisi ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzmuşdu.

Mayın 11-dəki məğlubiyyətdən sonra “qırmızı-qaralar” keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə etmişdi. 202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. “Qəbələ” 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmamışdı ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə “qırmızı-qaralar” 15 oyundan ibarət seriyaya imza atmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30