18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Danışılmış oyunlarla bağlı mövzunu çox şişirdirlər”

“İlk dövrənin son turunda “Zaqatala” üzərində vacib qələbə qazandıq. Çox ağır oyun oldu. Bu qələbəyə görə sevinirik. Çünki güclü komandaya qalib gəldik. Növbəti oyunumuz kubokda “Neftçi”yə qarşıdır. Həmin matçda da uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Şərurspor”un qapıçısı Cavid Səfərov deyib.

27 yaşlı qapıçı komandasının ilk dövrədəki çıxışına da toxunub: “Mövsümə yaxşı başlamamışdıq. 2-3 ardıcıl oyun uduzduq, xallar itirdik. Ona görə də dövrənin sonunda istədiyimiz yerdə olmadıq. Amma fasilədən sonra daha yaxşı çıxış edəcəyik”.

“Şərurspor”un qolkiperi som zamanların ən çox müzakirə olunan mövzusu olan danışılmış oyunlardan da söz açıb. Səfərov komanda yoldaşlarının bu işə qol qoyduqlarına inanmadığını söyləyib: “Heç nədən uşaqların adı çıxıb, qalıblar futbolsuz. Dəqiqləşdirib sonra ad yazmaq lazımdır. Kiminsə karyerasına ləkə vurmaq nəyə lazım? Komanda yoldaşlarımı yaxşı tanıyıram. Ümumiyyələ, bu mövzunu çox şişirdiblər. Mən də danışılmış oyunlarla bağlı eşidirəm. Lakin bizim komandada bu barədə söhbət olmayıb”.

Çoxlarından fərqli olaraq, “Şərurspor”un qapıçısı I divizionun səviyyəsini yüksək qiymətləndirməyib: “I divizionun səviyyəsi aşağıdır. Çünki komandalarda yüksək səviyyədə peşəkarlıq çatmır. Klublar işlərinə bir az qeyri-peşəkar yanaşırlar”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30