23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Qurbanov: “Rəhim Həsənov oyunun ən yaxşısı idi”

“Oyunun ən yaxşısı Rəhim Həsənov idi. Dərhal kuboku ona vermək lazımdı. Qoy, o, mövsümün ən yaxşı hakimi seçilsin”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin hücumçusu RusIan Qurbanov deyib.

Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları görüş barədə danışan Qurbanov, hakimlikdən narazılığını gizlətməyib: “Nəsə demək mənasızdır. Penaltinin olmadığı açıq-aşkar idi. Top Vernidubun dodağına dəymişdi. Üstəlik, 7 dəqiqə əlavə vaxt oynadır. Belə hakimlərlə Azərbaycan futbolu heç vaxt inkişaf etməyəcək. Penalti zamanı mən mərkəzdə idim. Rəhim Həsənovla aramızda maksimum 10 metr məsafə olardı. Ordan epizodu dəqiqəliyi ilə görməsi qeyri-mümkün idi”.

“Qəbələ”nin forvardı məğlubiyyətə baxmayaraq, toparlanacaqlarını qeyd edib: “Mən artıq bunlara öyrəşmişəm. Oyun ərzində eyni futbolçu 3-4 dəfə ayağıma zərbə endirsə də, Rəhim məni sarı vərəqə ilə cəzalandırır. Uduzduğumuza görə təəssüflənirik. Amma mübarizə davam edir. Baş məşqçimiz oyunun təhlilini aparacaq. Səhvlərimizi bizə deyəcək”.

“Qarabağ”ın qapıçısı Şahruddin Maqomedaliyevin etdiyi qeyri-etik jestə isə Qurbanov belə reaksiya verib: “Onu “Qarabağ” cəzalandırmalıdır. Mənim nəsə deməyim düz deyil”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30