20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadiqov: “Dünənki uşaqdı, itələdim, düz də elədim”

“Oyun göz qabağında idi. 2 güclü komanda oynayırdı. Qarşılaşmanın bu qədər dramatik alınacağını heç kim gözləmirdi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

Təcrübəli yarımüdafiəçi “Qarabağ”a uduzduqları oyundan sonra hakimi günahlandırıb: “Hakim oyunu korladı. Belə penalti verməzlər. Rəhim Həsənov penalti təyin etdikdən sonra yan xətt hakimindən soruşur ki, top oyunçunun harasına dəyidi. Görsənirdi ki, top Vernidubun ağzına dəyib. Çünki ağzı qan idi. Amma xeyri yoxdu. Həmişə də belə olacaq. Buna səhv demək olmaz. Nə oldu hər dəfə bizimm qapıya səhvən penalti təyin edirlər? Belə oynamaq olmaz. Hər il bizə qarşı səhv edirlər”.

Rəşad Sadiqov rəqibin ehtiyat qapıçısı Şahruddin Maqomedaliyevlə arasında yaşanan insidentdən də söz açıb: “Dünənki uşaqdı. Qol vurmusuz get, o tərəfdə sevin də. Hamı o yanda sevinir, bu gəlib biz tərəfə. Mən də ona etiraz etdim. Ağzına gələni danışdı, itələdim, düz də elədim. Dünənki uşaqdı, yerini bilməlidi. Bizim futbolçulara acıq verir. Belə futbolçunu adam döyər də”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30