18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Xəzər Lənkəran" və "İnter"in sabiq oyunçuları qəzaya uğrayan təyyarədə

Kolumbiyada baş verən təyyarə qəzasına uğrayan futbolçular arasında bir vaxtlar Azərbaycan klublarında çıxış etmiş oyunçular da olub.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bunlar Filipe Joze Maçada və Tieqo de Xesusdur.

F.J.Maçada 2010-2011 mövsümündə  Bakı “İnter”ində oynayıb.Tieqo de Xesus isə 2014/2015 mövsümündə "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Onların hər ikisi "Şapekoense" klubunda çıxış edirdi.

Xatırladaq ki, bu gün səhər Braziliyanın "Şapekoense" klubunun 27 futbolçusu, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarə Kolumbiyanın Medellin hava limanına enərkən qəzaya uğrayıb. Braziliya TV-lərinin xəbərinə görə, qəzaya uğrayan təyyarədə 5 nəfər sağ qalıb.

Komanda Sudamerikana kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün bu şəhərə gedirmiş. Qarşılaşma sabah keçirilməli idi.

Əlavə edək ki, “Neftçi”nin sabiq kapitanı Flavinyo da ötən mövsüm "Şapekoense"nin formasını geyib. Lakin bu yay o, komandadan ayrılıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30