19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahir Şükürov: “Tək mənimlə heç nə olan deyil” (MÜSAHİBƏ)

“Neftçi”nin üzvü Mahir Şükürov Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib.  

- “Neftçi” yenə məğlub oldu. 0:2 hesablı yenilginin səbəbini nədə görürsən?

- Oyuna ciddi yanaşmışdıq. Bizə bu gün xal lazım idi. Amma meydanın vəziyyəti istədiyimiz oyunu göstərməyə imkan vermirdi. Belə qazonda gərək dayanmadan mübarizə aparsan. “Kəpəz” şanslardan yararlandı. Bzim də qol vurmaq üçün imkanlarımız var idi. Sadəcə olaraq biz fürsətləri boşa verdik.

- Kənardan belə görünür ki, “Neftçi”nin heyətində Mahir Şükürovdan başqa heç kim meydanda vuruşmur. Həqiqətənmi belədir?

- Nə deyim? Hər halda qıraqdan daha yaxşı görünür. Mən hər zaman 100 faiz gücümü meydanda qoymağa çalışıram.

- “Neftçi”nin indiki vəziyyətini acınacaqlı dəyərləndirmək olar?

- Təbii ki, acınacaqlı vəziyyətdəyik. “Neftçi” tarixi ərzində heç vaxt bu qədər top buraxmayıb. Nəsə demək çətindir. Özünüz qeyd etdiz ki, məndən başqa heç kim meydanda vuruşmur. Amma tək mənimlə heç nə olan deyil.

- Yeganə çıxış yolu isə gözləməkdir...

- Elədir. Qışa qədər səbr etməliyik. Cəmi 2 oyunumuz var. Çempionatda öz meydanımızda AZAL-ı qəbul edəcəyik. Çalışacağıq ki, heç olmasa onları məğlub edək.

- Qışda “Neftçi”nin heyəti nə dərəcədə güclənməlidir?

- Komanda mütləq, özü də mümkün qədər çox futbolçu ilə güclənməlidir. Güclənməsək, nəyəsə ümid etmək mümkün deyil. Komandanın hazırki vəziyyətini hamı görür. Özüm də bu vəziyyətə görə çox pis oluram.

İBRAHİM, Gəncə

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30