24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindir”

“Hər iki komandaya 3 xal lazım idi. Meydanda əzmkar oyun gördük. Futbolda öz şansından istifadə edə etməlisən. Biz bu gün şanslarımızdan yararlanmadıq. Ona görə də uduzduq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonda deyib.

Daha sonra Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümü artıq “Neftçi” üçün bitmiş saymaq olaüq?

- Belə deməzdim. Qarşıda hələ 15 oyun var. Maksimum xallar yığsaq, nəyə ümid etmək olar Medallar üçün şansımız azalır.

- Oyundan başqa bu gün sizi komandanızda nə qane etmədi?

- Müdafiədə pis oynadıq. 29 qol buraxmışıq. Hər oyunda qapımızda minimum 2 qol görürük. Müdafiədə ciddi problemlərimiz var.

- Bəlkə komandanı bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət edəsiniz?

- Yaxşı fikirdi. Amma dövrənin sonuna az qalıb. Komandamızda psixoloji amil böyük rol oynamır. Əsas məsələ ustalıqdı.

- Amma ustalığı olanlar da seçilmirlər...

- Gözləmək lazımdır. Uduzmaq mənim də xoşuma gəlmir. Bu komanda ilə nəsə etmək çox çətindir. Heyətimizi gücləndirməliyik.

 

 




Ad: Nəriman;   E-mail: [email protected]

27.11.2016 23:43

Bu komanda ilə nəsə etmək çox çətindirsə, sənin bura gəlib bir neçə ay maaş almaqındansa, NEFTÇİ sevərlərə müraciət edərdin, onlar sənə yığıb PUL verərdilər... Elə Vəli müftə maaş alırdı da.... Niyə onu göndərib onun maaşını almaqa başladın... Nə GƏNCƏnin, nə SUMQAYITIN super oyunçuları var. Amma onlar səni və səni kimi oyunçulara yerinizi göstərdilər... Güclü oyunçularla bizim NEFTÇİmiz məşqçisiz də 5-6 qələbə qazanacaq!!!!!
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30