20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Kəpəz” - “Neftçi” oyunundan öncə sosial layihə

Bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutacaq “Kəpəz” - “Neftçi” oyunundan öncə sosial layihə həyata keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Gender əsaslı Zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” hər il noyabrın 25-də (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Beynəlxalq gün) başlayır və 10 dekabra qədər (Beynəlxalq İnsan Hüquqları günü) davam edir. Kampaniya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması olduğunu vurğulayır. Daha çox “16 günlük kampaniya” kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək üçün birgə strategiya kimi istifadə olunur.

Bu il kampaniya çərçivəsində daha böyük auditoriyaya qadın zorakılığına qarşı mesajın çatdırılmasında AFFA və PFL də dəstək verib.

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov saytımıza verdiyi açıqlamada bildirib ki, “Kəpəz” - “Neftçi” görüşündən öncə futbolçular ciblərindən qırmızı vərəqə çıxarıb tribunaya tərəf tutacaqlar: “Bu, qadınlara qarşı zorakılıq törədənlərə qarşı mesajdır. Gəlin, qadınlara qarşı zorakılığa birgə YOX söyləyək”, deyə Hüseynov qeyd edib.

Qeyd edək ki, eyni aksiya “Qarabağ” - “Qəbələ” oyunundan öncə də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30