18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ”: 13 oyunda 12 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 13 matç keçirib. Bu görüşlərdən 12-də qalib gələn “Qırmızı-qaralar” yalnız 1-oyunda heç-heçə edib.

U-19 səfərdə “Vətən”i 2 cavabsız qolla məğlub edib. 10 oyundan sonrakı aktivini 22 xala çatdıran “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.

U-17 “Kəpəz”lə ev oyununda 6:0 hesabı ilə qalib gəlib. “Qəbələ” VIII turdan sonra 20 xala 2-cı yerdədir.

 U-15 evdə “Gəncə TİM”ə qalib gəlib - 3:0. Ardıcıl 7-ci dəfə qalib gələn komanda 100 faizlik nəticə ilə yarışın vahid lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Qarabağ”a 5:0 hesabı ilə qalib gələn U-14 mövsümdə 8-ci qələbəsini əldə edib. 9 oyunda 24 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb. “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn U-13-ün aktivində 9 oyundan sonra 16 xal var. Komanda 6-cı yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunub.

U-12 Liqasında “Qəbələ” UGİM-i (Ağdaş) 9:0, UGİM isə “Şorsu-2”ni 6:1 hesabı ilə məğlub edib. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, bir oyun az keçirən UGİM 22 xalla 3-cüdür.

U-11 Liqasında UGİM “Viktoriya”nı 13:0, “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 12:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 8 turda 24 xal toplayıb.

U-10 Liqasında “Qəbələ” “Daşqın”a 22:0, Gİİ isə “Balakən”ə 6:0 hesabı ilə qalib gəlib. UGİM isə Qaxın UGİM-i ilə heç-heçə edib - 1:1. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, Gİİ 18 xalla 2-ci, UGİM 13 xalla 6-cıdır.

Qızların yüksək liqa yarışının VII turunda “Zaqatala” ilə görüşən “Qəbələ” 3:2 hesabı ilə qələbə qazanıb. 6 matçda 13 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30