20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Hakimin qərarı düzgün deyildi”

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç “Anderlext”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- 1:3 hesablı məğlubiyyətin səbəbini necə izah edə bilərsən?

- “Anderlext”ə qarşı yaxşı oynadıq. Əvvəldən məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, oyunun sonluğu bizim üçün uğursuz alındı.

- Demək olar ki, qırılma nöqtəsi Rikardinyonun ikinci penaltini qaçırması oldu?

- Belə demək olar. İkinci penaltini vursaydıq, oyunun axarı da fərqli alınacaqdı. Önə keçsəydik, qələbə qazanmaq şansımız daha çox artacaqdı.

- İkinci penaltinin təkrar vurulmasına səbəb olan futbolçu kim idi?

- Cərimə meydançasına kimin daxil olduğunu görmədim. Çünki fikrim penaltidə idi. Fikrimcə, hakimin qərarı düzgün deyildi. Onda gərək bütün penaltilər təkrar yerinə yetirilsin.

- Belə çıxır ki, “Qəbələ” qrup mərhələsini xalsız başa vuracaq?

- Dəqiq bir söz demək olmur. “Maynts”la oyunda qələbə qazanmaq istəyirik. Əslində, “Anderlext”ə qarşı yaxşı oynadıq. Sadəcə, bəxtsizlik sözünü dedi və xal qazana bilmədik.

- Tribunaların boş olması sizə necə təsir etdi?

- Buna təəssüflənməmək olmur. Həqiqətən də çox az azarkeş gəlmişdi. Ancaq etiraf edim ki. Bu gün tribunalarda yer alan azarkeşlər heç də peşman olmadılar. Onlar maraqlı oyun izlədilər.

- “Qarabağ”la oyuna qədər bərpa oluna biləcəksiz?

- Çalışacağıq, çünki bizi çox vacib və əhəmiyyətli oyun gözləyir. Həmin oyunda mütləq qələbə qazanmalıyıq.

- Bu oyundan əvvəl Roman Qiqorçuk açıqlama verdi ki, “Qarabağ” üzərində qələbə “Anderlext”lə matçdan daha vacibdi. Onun bu fikri ilə razısan?

- Əlbəttə, razıyam. Avropa Liqasında onsuz da şansımız qalmayıb. Amma çempion olmaq üçün mütləq qələbə qazanmalıyıq.

- Dabonun yoxluğu oyununuza nə dərəcədə təsir edəcək?

- Onun yoxluğu bizim üçün ciddi itkidi. Məncə, Dabosuz bizə çox çətin olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30