20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qorxulu yuxuda belə təsəvvür etməzdim ki, "Bakı” olmayacaq”

 “Bakı”nın sabiq futbolçusu Vadim Borets sportnet.az saytına geniş müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, moldovalı futbolçu”Bakı”nın hazırkı vəziyyəti barədə də danışıb. Müsahibənin həmin hissəsini təqdim edirik:

- "Bakı”nın bir çox legionerlər kimi sənə də borcu var. Belə acınacaqlı vəziyyəti gözləyirdin? Səncə, klubda nə baş verdi ki, sonda dağıldı?

- Açığı, borcu yada salmıram. Sizi aldatmıram, doğru sözümdür. Tam səmimi deyirəm ki, "Bakı”ya yalnız minnətdarlıqla yanaşıram. Çünki bu klubda yaxşı günlər keçirmişəm, mənə yaxşılıqları çox olub. "Bakı”nın vəziyyətini izah etmək mənə çətindir. Ümid edirəm ki, "Bakı”, eyni zamanda "Neftçi” dirçəlib yenidən avrokuboklarda çıxış edəcək. Çünki onlar Azərbaycan futbolunun liderləri olub. "Nefçi” ümumiyyətlə, flaqmandır.

- 2010-cu ildə Avroliqada "Buduçnost”u keçsəniz də, məlum Epalle olayına görə UEFA-nın cəzasına məruz qaldınız. Bəlkə bu, kluba böyük zərbə oldu və ondan sonra özünə gəlmədi?

- Belə deməzdim. Bu olaydan sonra da kluba güclü legionerlər gəldilər, yaxşı məvacibləri vardı. Açığı, "Bakı”nın artıq olmadığına indiyədək inanmıram. Bu, mənim üçün hələ də şokdur. Belə sponsoru, şəraiti, iddialı komandası olan klub artıq fəaliyyət göstərmir. Hətta qorxulu yuxuda belə təsəvvür etməzdim ki, "Bakı” olmayacaq. Əksinə, düşünürdüm ki, vəziyyət daha da yaxşılaşacaq. Axı klubun bazası, stadionu, meydançaları, futbol akademiyası vardı. Heç nə pis sonluğu göstərmirdi. Əksinə, parlaq gələcək görünürdü. Yəqin ki, kimlərsə səbəbləri bilir, ancaq mən yox.

- Sənə olan borcun məbləği böyükdür?

- Müəyyən məbləğ idi, ancaq indi maliyyədən danışmaq istəmirəm.

- Digər legionerlərin FİFA-ya şikayəti nəticəsində "Bakı”da xallar silindi. Ancaq sən keçmiş klubuna belə zərbə vurmaq istəmədin...

- Mənim də həyatda öhdəçiliyim var. Ancaq "Bakı”ya qarşı heç bir incikliyim yoxdur. Başa düşürəm ki, hər bir klubda problemlər olur. Ancaq vəziyyət niyə dağılmaq səviyyəsinə gəldi, bunu anlamıram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30