20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Anderlext”in baş məşqçisi: “Qəbələ”nin üstünlüyü ondadır ki...”

Avroliqanın V turu çərçivəsində “Qəbələ” sabah Bakıda “Anderlext”i qəbul edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu gün oyunun keçiriləcəyi “Bakcell Arena”da Brüssel klubunun baş məşqçisi Rene Veiler oyunöncəsi mətbuat konfransı keçirib.

43 yaşlı mütəxəssis ilk öncə heyətdəki itkilərdən söz açıb: “Heyətdə zədəlilərimiz var. Alexandru Kipçu “Qəbələ”yə qarşı oynaya bilməyəcək”.

Veiler komandasının son zamanlar tənqid olunmasına belə münasibət bildirib: “Son oyunlardan sonra komandamız tənqid olunur. Bu, düzgün deyildi. Hər zaman düzgün oynamağa çalışmışıq. Matçlarımızın analizlərini aparmışıq. Növbəti oyunlarda özümüzü daha yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

“Anderlext”in çalışdırıcısı futbolçuları ilə arasında narazılıq olması ilə bağlı sualı belə cavablandırıb: “Oyunçularımla aramda hər hansı problem yoxdur. Məşqlərimizi hər zamankı kimi davam etdiririk”.

Rene Veiler “Qəbələ” haqda da fikirlərini açıqlayıb: “Qəbələ”nin müəyyən zəif nöqtələri var. Bunları analiz etmişik. İndi həmin məqamları açıqlaya bilmərəm. “Qəbələ” zəif komanda deyil. Əvvəlki oyunlarda buna şahid olmuşuq. Sabahkı matçın bizim üçün asan keçəcəyini düşünmürəm”.

O, “Qəbələ”nin üstün tərəfləri ilə bağlı sualı belə cavablandırıb: “Əvvəlki oyunları müşahidə etmişik.  Brüsseldəki ilk oyunda da gördük ki, “Qəbələ” güclü komandadır. Burada rəqibin üstün cəhətlərini deməyim düz olmaz. “Qəbələ”nin üstünlüyü ondadır ki, ilk dəqiqələrdən rəqibi sıxırlar. Sona qədər də mübarizə aparırlar”.

İsveçrəli mütəxəssis “Qəbələ”nin sabahkı oyuna eksperimental heyətdə çıxmaq ehtimalına da münasibət bildirib: “Rəqibin heyətində kimlərin oynamasından asılı olmayaraq, diqqətli olmalıyıq. Komandam sabah inamlı oyun göstərməlidir. “Qəbələ” evdə inamlı təsir bağışlayır”.

Veiler Belçika klublarının Bakıdan hər zaman məğlub və qol vurmadan ayrılması ilə bağlı statistikaya da toxunub: “Mən statistikanı nəzərə almıram. Bu, “zibilə atılmalı” bir şeydir. Sabahkı oyuna diqqətlə hazırlaşmalıyıq. Keçmişdə olanlar artıq tarixdir. Biz isə sabah qələbə qazanmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30