20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Roman Qriqorçuk: “Həmin futbolçu dərhal gözümdən düşər” (MÜSAHİBƏ)

Sabah “Qəbələ” Avroliqanın qrup mərhələsinin beşinci turunda “Anderlext”i sınağa çəkəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu gün “Bakcell Arena”da “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun oyunöncəsi mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis ilk öncə oyunla bağlı fikirlərini açıqlayıb:

- Bu oyun turnir cədvəli baxımından əhəmiyyət daşımır. Lakin Avroliqadakı hər oyun bizim üçün vacibdir. Buna görə də yaxşı oynayıb, sərfəli nəticə qazanmağa çalışacağıq.

- “Sent Etyen”lə son oyun “Qəbələ”də özünəinam hissini artırıb?

- Biz başa düşürük ki, qrupdakı rəqiblərimizin hər biri güclüdür. Onlardan geri qalırıq. Çıxış etdiyimiz çempionatlar arasında da fərq çoxdur. Lakin az da olsa, şansımız var. Bunun üçün “Qəbələ” özünün ən yaxşı oyununu oynamalıdır. Futbolçuların hamısı tam gücləri ilə mübarizə aparmalıdırlar. Üstəlik, əvvəlki oyunlrda buraxdığımız səhvləri təkrarlamalıyıq. Bir qədər də bəxt tərəfimizdə olmalıdır.

- Sabahkı oyunda optimal heyətlə oynayacaqsınız. Bu, şansınızı artırır?

- Təəssüf ki, Avroliqadakı oyunların heç birində tam heyətlə oynaya bilmədik. Sabahkı matç üçün yeganə itkimiz Sergey Zenyovdur. Ondan başqa bütün futbolçular meydana çıxmağa hazırdırlar. Əvvəlki oyunlarla müqayisədə, “Anderlext”ə qarşı daha geniş heyətlə çıxış edəcəyik. Lakin sabah nisbətən az oynamaq şansı olan futbolçuları da meydanda görə bilərsiz. Onların nə dərəcədə hazır olduqlarını və növbəti matçlarda bizə nə qədər xeyir verə biləcəklərini görmək istəyirik. 

- Belə çıxır ki, “Qarabağ”la oyuna görə bəzi futbolçularınızı sabahkı matçda qoruyacaqsınız?

- Dediyim kimi, nisbətən az oynayan futbolçulara şans verəcəyik. Onların güclü rəqiblə oyunda nəyə qadir olduqlarını görmək istəyirik.

- Sabahkı oyun üçün motivasiyanız nə olacaq: bəzi futbolçuları qorumaq, yoxsa ilk qələbəni qazanmaq?

- Hansısa oyunçunun Avroliqa oyununda motivasiyasız olmasına inana bilmərəm. Həmin futbolçu dərhal gözümdən düşər. Avroliqanın qrupundakı hər oyun vacibdir. 90 dəqiqəlik bir oyun futbolçunun karyerasını dəyişə bilər. Çünki bu tip oyunlara maraq kifayət qədər olur.

- Sənan Qurbanov ehtiyat oyunçular skamyasında komandaya rəhbərlik edəndə “Qəbələ” uduzmur. Bu uğurlu statistika sabah da davam edəcək?

- Bu statistikanın dava etməsini arzulayıram.

- “Qəbələ” növbəti mərhələ şansını itirsə də, “Anderlext” üçün bu oyun mühüm əhəmiyyət kəsb edir. Bu məqamı “Qəbələ”nin lehinə saymaq olar?

- Bu barədə futbolçularıma da demişəm. İndiki halda psixoloji üstünlük bizim tərəfimizdədir. Çünki itirəcəyimiz heç nə yoxdur. Ona görə rahat oynayacağıq. Rəqib isə qələbə qazanmalıdır. Üstəlik, “Anderlext” son oyunlarda yaxşı oyun nümayiş etdirə bilmir.  

- "Qəbələ" Avroliqanın qrupundakı hər iki səfər oyununda 1:1-lik heç-heçə imza atıb...

- Bunun ciddi əhəmiyyəti yoxdur. Bu barədə heç düşünmürəm də. Çünki hər oyun yeni səhifədir. 

- İmkanınız olsaydı, hansını seçərdiniz: "Anderlext", yoxsa "Qarabağ" üzərində qələbəni?

- İndiki məqamda "Qarabağ" üzərində qələbəni seçərdim. Amma bunu reallaşdırmaq seçməkdən daha çətindir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30