28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bağırzadə "Neftçi"dən getdi

“Neftçi” Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə istefa verib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Bağırzadə feysbukdakı səhifəsində azarkeşlərə ünvanladığı müraciətdə bildirib.

“Hörmətli azarkeşlər!

Özümü dərk etdiyim həyatım boyu mən “Neftçi” komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri “Neftçi” komandasının yenidən Azərbaycan futbolunun “bir nömrəli komandası” olması üçün nəhəng səylər göstərdilər. Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər!

Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən “Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hislərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və ”Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31