25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Bakı”nın və millimizin oyununu idarə etmiş hakim “Slovan” - “Qarabağ” matçında

Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Slovan” - “Qarabağ” oyunun hakimləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, matçı isveçli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Stefan Yohannessonundur. Ona Fredrik Nilsson, Mehmet Culum kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Mqnus Sioblom yerinə yetirəcək. Əlavə qapı arxası hakimlər isə Andreas Ekberq və Kristoffer Karlssondur.

Noyabrın 24-də keçiriləcək “Slovan” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Yohannesson buna qədər 1 dəfə klubumuzun, 1 dəfə isə millimizin oyununda baş hakim olub.

İsveçli referinin 2009-cu ildə idarə etdiyi maçtda “Bakı” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə səfərdə “Levski”yə 0:2 hesabı ilə uduzub.

Millimiz isə onun ədaləti qoruduğu görüşdə səfərdə İsraillə heç-heçə oynayıb - 1:1. Bu qarşılaşma DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30