24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsində təmsil olunması böyük hadisədi”

Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirildi.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqovun iştirak etdiyi toplantıda AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi.

Bu məsələ ilə bağlı “Bakı” klubunun vitse-prezidenti, vaxtilə AFFA İcraiyyə Komitəsinin üzvü olan Yaşar Seyidovun fikirlərini öyrəndik.

Seyidov Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizəd olmasını müsbət hal kimi dəyərləndirib:

“Azərbaycanın nümayəndəsinin UEFA-nın İcraiyyə Komitəsində təmsil olunması böyük hadisədi. Bu ölkə adına ciddi reytinqdi, hörmətdi. Bizdə İK-ya namizdəlik necədi? Konfransa 15 gün qalmışa kimi, namizədlərin siyahısı təqdim olunmalıdı. UEFA-da prosedurun necə olduğunu bilmirəm. Ola bilsin, vaxt azlığına görə məcburiyyətdən belə bir toplantı keçirilib. Ancaq çox gözəl bir hal olduğunu deməliyəm. Elxan müəllim seçilərsə, buna çox sevinərəm. Bu, ölkənin futbol tarixində bir ilk olacaq. Ordakı 16 üzvdən biri olmaq böyük üstünlükdü”.

“Bakı” rəsmisi baş katibin UEFA-nın İcraiyyə Komitəsinin üzv seçiləcəyinə inandığını bildirib:

“Mən bəribaşdan Elxan müəllimi təbrik edirəm. Namizədliyi verilibsə, deməli, İcraiyyə Komitəsinə seçiləcək. Ona görə ki, o, UEFA-da böyük nüfuza malik futbol funksionerlərindən biridi. Bunu artıq hiss edirəm, görürəm, izləyirəm. O qədər hallar olur ki, UEFA-da hər hansı məsələnin həllində uduzuruq. Hansı ki, obyektiv qərarların çıxarılması baxımından bu önəmli nüansdı. Qarşıda AÇ-2020 var və digər futbol turnirlərinə evsahibliyi edə bilərik. Bu ilk cığırdı. Sizin vasitənizlə Elxan Məmmədovu təbrik edən ilk şəxs də elə mən olum”.

Mənbə: “Futbol+” qəzeti

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30