28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ozobiç: “Qarabağ”la görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək”

“Qəbələ” Topaz Premyer Liqasının XII turunda “Zirə” ilə qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, çempionatın lideri olan “Qəbələ” 1:0 hesabı ilə qalib gələrək, növbəti qələbəsini qazanıb. “Qırmızı-qaralar”a 3 xal qazandıran qolun müəllifi olan Filip Ozobiç matç haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: 

“Zirə” ilə görüşdə qalib gəlmək çox vacib idi. Hər iki komanda üçün çətin oyun oldu. Layiqli qələbə qazansaq da, bu, asan başa gəlmədi. “Zirə”nin yaxşı komanda olduğunu çox yaxşı bilirdik. Rəqibimiz bunu  meydanda da göstərdi. Amma istəyimizə çatıb, lazım olan nəticəni qazandıq. “Qəbələ”də çox yaxşı kollektiv formalaşıb. Biz meydanda vahid komanda, dostlar kimi mübarizə aparırıq. Bu matçda da belə oldu. Hər oyunçu bacarığının 100 faizini ortaya qoydu və nəticədə 3 xal əldə etdik. Sevinirik ki, lazım olan nəticəni qazandıq. Çempionatdakı növbəti oyunumuz “Qarabağ”a qarşıdır. Bu qələbədən sonra növbəti turun matçına yüksək əhval-ruhiyyədə yollanacağıq. Həmin görüşdə kimin 1-ci pillədə qalacağına aydınlıq gələcək. “Qəbələ”nin lider mövqeyində qalması üçün bacardığımız hər şeyi edəcəyik. Bu qarşılaşma nə qədər vacib olsa da, həlledici deyil. Çünki qarşıda hələ çox oyun olacaq”.

“Qəbələ”də 7-ci, Premyer Liqada 5-ci qolunu vuran Ozobiç karyerasının ən məhsuldar mövsümünü keçirir. Yarımmüdafiəçi matçın taleyini həll edən qol və məhsuldarlığı haqda da fikirlərini bölüşüb: “Qol epizodunda yaxşı mövqedə olduğumu görürdüm. Vəziyyəti  qiymətləndirib, həmin nöqtədən yaxşı zərbə endirməyin mümkünlüyünü fikirləşdim. Belə də etdim və hər şey istədiyim kimi alındı. Məhsuldar çıxış etməyim onunla bağlıdır ki, özümü “Qəbələ”də çox yaxşı hiss edirəm. Bundan sonra da komandam üçün daha çox qol vurmaq istəyirəm”.

Xorvatiyalı legioner UEFA Avropa Liqasının noyabrın 24-də keçiriləcək “Anderlext”lə görüşü haqda da danışıb. O, qrup mərhələsinin V turunda qələbə qazanmağa iddialı olduqlarını qeyd edib: “Anderlext”lə matçda yaxşı oynayıb, xallar qazanmaq niyyətindəyik. Son ev oyununda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Belçika klubu çox güclü komandadır. Lakin biz də yaxşı oyun nümayiş etdirib, qələbə qazanmağa çalışacağıq. Hər bir futbolçu özünün ən yaxşı oyununu göstərsə, istəyimizə çata bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31