24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Samir Abasov: “Dördüncü yer barədə düşünmürük”

“İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, məqsədimiz yalnız qələbədir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi” ilə oyundan sonra deyib.

Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt” öz meydanında “Neftçi”ni məğlub edib - 2:0.

Oyunsonrası mətbuat konfransında Abasov komandasından razılığını ifadə edib: “Sevindirici haldır ki, qol vurandan sonra müdafiəyə oturmadıq. Hücumlarımızı davam etdirdik. Buna görə də ikinci qolu da vurduq. Hesab arasındakı fərq böyük ola bilərdi. Uşaqlara halal olsun. Bütün güclərini meydanda qoydular”.

“Sumqayıt”ın çalışdırıcısı komandasının təcrübə baxımından axsadığını bildirib: “Sabitlik olmaq üçün müəyyən dəyişiklik etməliyik. Vaxta da ehtiyacımız var. Heyətimizdəki təcrübəli futbolçuların oyun praktikası kifayət qədərdir. Təcrübə baxımından bir qədər axsayırıq”

Abasov qeyd edib ki, bütün

“Mən istərdim ki, 11 futbolçumun hamısı millidə oynasın. Amma mənim istəyimlə heç nə dəyişmir. Sevindirici haldır ki, millinin məşqçiləri daim oyunlarımızı izləyirlər. Futbolçularımıza da daim deyirəm ki, bu sizin üçün şansdır”.

Abasov komandasının dördüncü yeri tutmasını heç də asan olmayacağını bildirib: “Hər oyunu qələbə üçün çıxırıq. Hələ ki 4-cü yer barədə düşünmürük. Çünki bu mövqe bizim üçün əlçatmaz kimi görünür. “Zirə” ilə aramızda xal fərqi az olsa da, rəqib çox güclüdür”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30