29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Elxan Abdullayev: “Sumqayıt” bu gün “Neftçi”yə yerini göstərdi”

“Sumqayıt”ı təbrik edirəm. Komandamız bu gün zəif oynadı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Sumqayıt”la oyundan sonra deyib.

Topaz Premyer Liqasının 12-ci turunda “Neftçi” səfərdə “Sumqayıt”a uduzub - 0:2.

Oyunsonrası mətbuat konfransında Abdullayev komandasından narazılığını ifadə edib: “Öz oyunumuzu göstərə bilmədik. Bu gün bizdə heç nə alınmırdı. Ötürmələrdə xeyli səhv var idi. Ehtiyat oyunçular skamyasında oyunu gücləndirəcək futbolçu yoxdur. Hamısı gənclərdir. Oyundan öncə də demişdim ki uduza bilərik. Çünki “Neftçi”də stabillik yoxdur. Ötən tur “İnter”i udsaq da, bu, heç nəyi dəyişmirdi. “Sumqayıt” da yaxşı komandadır. Onlarda istək, əzmkarlıq yüksək səviyyədə idi. Bizim komandada bəlkə də arxayınlıq var idi. Görünür, “İnter”lə oyundan sonra kimlərsə arxayınlaşmışdı. “Sumqayıt” bu gün “Neftçi”yə yerini göstərdi”.

“Neftçi”nin çalışdırıcısı qış fasiləsində heyəti gücləndirəcəklərini bildirib: “Siyahıda bəzi futbolçular var. Onları heyətimizə qatmağa çalışacağıq. Həm legionerlər, həm də yerli futbolçulardır. Kiminsə adını çəkmək istəməzdim”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31