25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Dino Ndlovu: “Qəbələ”nin nə etməsi üçün mənim üçün əhəmiyyətsizdir” (MÜSAHİBƏ)

“Qarabağ”ın hücumçusu Dino Ndlovu “Kəpəz”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Kəpəz” üzərində minimal hesablı qələbə qazandınız. Görüşün çətin alınacağını gözləyirdinmi?

- Bu, oynadığımız ən çətin ev oyunlarından biri idi. Əsas olan 3 xal idi, onu da qazandıq. Artıq “Slovan”la oyunu düşünməliyik.

- Sanki “Qarabağ”ın futbolçuları bu gün meydanda özlərini qoruyurdular...

- Zədələr futbolun bir parçasıdır. Amma qorxa-qorxa oynamaq da düzgün deyil. 2 həftə ərzində 5-6 vacib oyunumuz var. Bu səbəbdən də oyunçuların ehtiyatlı davranmalarını normal qarşılaşmaq lazımdır.

- Bugünkü matçda Avroliqa oyununun təzyiqi hiss olunurdumu?

- Xeyr, belə deməzdim. Mən hər 2 yarışa eyni gözlə baxıram. Bütün oyunlara bərabər şəkildə hazırlaşıram.

- Sanki bu gün “Qarabağ”da nəsə çatışmırdı. Həm rəqib qapısı qarşısında real qol epizodları az yaradırdınız, həm də rəqibə fərqlənmək üçün şans verirdiniz. Bu, nədən irəli gəlirdi?

- Oyunumuzda çatışmayan cəhət qol oldu. Çalışırdıq ki, mümkün qədər çox qol vəziyyətləri yaradaq və fərqlənək.

- Qol vurmağın “Slovan”la oyundan öncə motivasiyanı artıracaq?

- Məşqçimizim şans verdiyi hər futbolçu qol vurmağa çalışır. Mən də o cümlədən. Təbii ki, qol vurmaq motivasiya verir. Növbəti matçlarda da fərqlənmək üçün əlimdən gələni edəcəyəm.

- Bu günlərdə millidən imtina etməyin barədə xəbər yayıldı...

- CAR millisi ilə bağlı olan məsələdir. Bu, mövzu ölkəmlə bağlıdır və orada da qalıb. Əlavə olaraq bu barədə nəsə deməyə ehtiyac görmürəm.

- Bu gün “Qəbələ” də qələbə qazandı. 2 klub arasındakı gərgin mübarizə nə vaxta qədər davam edəcək?

- Mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Heç bu gün oynamalarından xəbərsiz idim. “Qəbələ”nin hə etməsi mənim üçün əhəmiyyətsizdir. Əsas olan komandamızın oyunudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30