29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Ağsu”nun ən çox diqqətçəkən üzvü: “Çəkisi qaydasında olsaydı, “Neftçi”də oynayardı”

Hələ ötən mövsüm I divizionda keçirilən “Bakı” - “Ağsu” oyununda qonaqların heyətində bir futbolçu diqqətimizi çəkmişdi. Söhbət qonaqların üzvü Nurlan İsfəndiyarovdan gedir. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun artıq çəkisi ilk baxışdan görünür. Azərbaycanda elə göstəricidə ikinci futbolçu tapmaq çətindir. Çəkisinin artıq olmasına baxmayaraq, İsfəndiyarov komanda yoldaşlarından, rəqiblərindən geri qalmır. Meydanda əzmkarlığı, sona qədər mübarizə aparması ilə diqqət çəkir. Elə dünən “Zaqatala” ilə oyunda da İsfəndiyarov pis təsir bağışlamadı. Hətta bir epizodda rəqib qapısına qədər irəliləyən “10 nömrə” qol vurmağa da cəhd edirdi.

Oyundan sonra keçirilən mətbuat konfransında “Ağsu”nun baş məşqçisinə İsfəndiyarovun nömrəsi və çəkisi ilə bağlı da sual ünvanlandı. Rüfət Quliyev mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun 10 nömrə ilə oynamasında qəribə heç nə olmadığını bildirib: “Müdafiəçinin 10 nömrə ilə oynamasında qəribə heç nə yoxdur. Müasir futbolda futbolçuların mövqelərinə görə nömrələr əhəmiyyət kəsb etmir. Deyə bilərsiz ki, 88 nömrəli futbolçu hansı mövqedə oynamalıdır?”

Daha sonra isə Quliyev futbolçusunun artıq çəkisi ilə bağlı danışıb: “Nurlan İsfəndiyarov “Neftçi”nin yetirməsidir. Mən hələ o klubun aşağı yaş qruplarında İsfəndiyarovla birgə işləmişəm. Bəli, bu gün artıq çəkisi var. Amma çəkisini aşağı salmaq üçün əlindən gələni edir. O, çox yaxşı futbolçudur. Çəkisi qaydasında olsaydı, bu gün rahatlıqla “Neftçi”də oynayardı”.

İBRAHİM, Zaqatala




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31