25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şirdanov: "Bu, ən çətin oyunumuz idi"

“Oyun gözlədiyimizdən də çətin keçdi. İkinci hissədə azlıqda qalmağımız işimizi daha da çətinləşdirdi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov I divizionun 12-ci turunda “Ağsu”nu 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirib: “Ağsu” birinci divizionun nəbzini tutmağı bacaran komandadır. Bu, birinci dövrədəki ən çətin oyunumuz idi. Lakin hesab edirəm ki, nəticə oyuna görə oldu. Bu gün komandamdan razı qaldı”.

Şirdanov mövsümə uğursuz başlamalarının səbəbini belə izah edib: “Mövsümün əvvəlində heyətə Premyer Liqa təcrübəsi olan futbolçuları cəlb etmişdik. Yeni gələnlərin bir-birinə öyrəşməsi üçün vaxt lazım idi. Bəlkə də Premyer Liqadan gələnlər aşağı liqada işlərinin asan olacağını düşünürdülər. Digər tərəfdən də oyunçumuz dünyasını dəyişdi. Bunun da komandaya psixoloji təsiri oldu”.

“Zaqatala”nın əsas rəqibi hansı komandadır” sualını Şirdanov belə cavablandırıb: “Təvazökarlıqdan uzaq olsa da, deyim ki əsas rəqibimiz özümüzük. Hər oyuna ciddi yanaşırıq. Hətta “Energetik”lə matçda da ehtiyatlanırdıq. Öz oyunumuza, komandamızın dəst-xəttinə sadiq qalmağa çalışırıq”.

“Zaqatala”nın baş məşqçisi hazırkı və keçmiş yetirmələri Oruc Balaşlı ilə Qurban Qurbanovun müqayisə olunması ilə bağlı da danışıb: “Oruc 10 yaşından mənim yanımdadır. Bu gün ondan ən çox narazı qalan da mənəm. 17 qol vursa da, bir o qədər də şansı qaçırıb. Cərimə meydançasının daxilində daha aqressiv olmalıdır. Qurban Qurbanov futbola gələndə o qədər perspektiv vəd etmirdi. Lakin əzmkarlığı sayəsində istəyinə çatdı. Müqayisə aparmaq istəməzdim. Qurban Qurbanov təkrar olunmayacaq”.

Sonda təcrübəli məşqçi komandasının üzvü Arzuman Nəsibovun meydandan qovulması epizoduna da münasibət bildirib: “Hakimin qərarına nə qədər hörmətlə yanaşsam da, məncə səhv idi. Çünki futbolçumuz həmin epizodda qol vurmağa yaxın idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30