25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Aqolli: "Əgər "Skenderbeu" Bakıdakı ilk oyunda sərfəli nəticə qazana bilərsə..."

"Qarabağ" klubunun və Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Müsahibəsində Aqolli Çempionlar Liqasında "Skenderbeu" klubu ilə qarşılaşacaq "Neftçi" haqda müəyyən informasiya əldə ediblər. Həmin müsahibəni təqdim edirik:


- Ansi, "Skenderbeu" Çempionlar Liqasında "Neftçi"yə, Azərbaycan çempionuna qarşı oynayacaq. Sən "Neftçi"ni yaxşı tanıyırsan, necə düşünürsən, bu rəqibi keçə bilərik?

- "Neftçi" ardıcıl üç mövsüm Azərbaycan çempionu olublar. Rəqib çox güclü komandadır və onlar sübut etdilər ki, avrokuboklarda oynaya bilərlər. Xatırlatmaq yerinə düşər ki, onlar ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış ediblər. Əgər "Skenderbeu" Bakıdakı ilk oyunda sərfəli nəticə qazana bilərsə, o zaman hər şey yaxşı olacaq.

- "Neftçi"nin hansı mövqeyi daha güclüdür?

- Güclü tərəfi yarımmüdafiəsi və hücum xəttidir. Hər iki mövqedə komanda yaxşı oynayır. Xüsusilə, futbolçular sürətli yerdəyişmələr edirlər ki, bu da rəqibə çətin anlar yaşadır. "Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales ötən mövsüm 26 qolla Azərbaycan Premyer Liqasının bombardiri olmuşdu. Bu mövsüm "Neftçi" daha bir braziliyalı hücumçu transfer edib. O da çox istedadlı futbolçudur.

- Deməli, "Neftçi"də bəzi çatışmamazlıqlar da var...

- Bəli, müdafiədə müəyyən problemləri var. Ötən mövsüm məhz bu mövqedən əziyyət çəkirdirlər.

- "Skenderbeu" Azərbaycan klubunun hansı futbolçularından daha çox ehtiyat etməlidir?

- "Neftçi"nin heyətində olan azərbaycanlı futbolçular elə millidə də stabil çıxış edirlər. Ancaq "Neftçi"nin legionerləri daha təhlükəlidir. Düşünürəm ki, "Skenderbeu" "Neftçi"də legionerlərdən Flavinyo və Julius Vobaydan, yerli oyunçulardan isə Araz Abdullayev və Rəşad Sadiqovdan çəkinməlidir.

- Azərbaycanlı jurnalistlər səndən "Skenderbeu" haqda soruşublarmı?

- Bəli, püşkdən sonra bir neçəsi mənə zəng elədi.

- Nə dediniz onlara?

- Dedim ki, güclü olan tərəfi dəstəkləyəcəyəm (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30