25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Azərbaycan millisi Foqtsun vaxtında futbol oynamırdı"

"Azərbaycan milli komandasına mənim vaxtında oyun baxımından böyük dəyişiklik oldu. Yığmanın əvvəlki oyunlarını izləmişəm. Onda komanda ancaq müdafiə olunurdu. İndisə belə deyil”.

Futbolxeber.az saytının sportnet.az-a istinadən verdiyi məlumata görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Xəzər TV”də yaymlanan "Futbol saatı” proqramında deyib.

Xorvatiyalı mütəxəssis özündən öncə bu postda çalışmış almaniyalı həmkarlı Berti Foqtsun vaxtındakı yığmanın çıxışına toxunub: "Milli həmin vaxt futbol oynamırdı. İndisə azarkeşlərin sevdiyi baxımlı oyunu göstəririk. Bu, mənim futbol fəlsəfimdir. Nə qədər ki, burdayam milli baxımlı futbol oynayacaq".

“Şimali İrlandiyaya qarşı tam fərqli oyun üslubunu - texnikalı oyun göstərməyini istədik. Buna görə də belə oyunçulara heyətdə yer verdim. Mən 0:4 hesablı məğlubiyyətdən sonra azarkeşləri, verilən cürbəcür suallar başa düşümürəm və tənqidlərə də hazıram. Uğurlu startımızdan, 3 oyunda 7 xal qazanandan sonra azarkeşlərin iştahası artdı. Mən optimistəm. Qrupda 2-ci yeri tutub final mərhələsinə düşə bilərik. Buna inanıram. Inamasaydım, burada baş məşqçi olmazdım. 6 oyunumuz qalıb, bunun 4-ü evdə olacaq. Almaniyanı çıxsaq, Şimali İrlandiya, Çexiya, San Marinonu evdə qəbul edəcəyik. Bu matçlarda uğurlu nəticə qazansaq, final mərhələsinə vəsiqə qazana bilərik” - deyə, Prosineçki əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30