19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

MOİK-in baş məşqçisindən etiraz: “Penaltiyə oxşamırdı”

“Maraqlı qarşılaşma oldu. Rəqib çempionatın lider idi. Buna baxmayaraq, layiqli mübarizə apardıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri MOİK-in baş məşqçisi Ramil Əliyev I divizionun XI turunda “Turan Tovuz”la 2:2-lik bərabərə qaldıqları oyundan sonra deyib.

Tovuz klubu ilk qolu mübahisəli penaltidən sonra vurub. Ramil Əliyev həmin epizodu belə şərh edib: “Hakimliklə bağlı geniş danışmaq isətmirəm. Onlar haqda lazımi şəxslər ölçü götürərlər. Mən penalti epizoduna uzaq idim. Təkrara baxmaq lazımdır. Hesab edirəm ki, penaltiyə oxşamırdı”.

MOİK-in çalışdırıcısı xal itkilərinə baxmayaraq, çempionluq uğrunda mübarizəni davam etdirdiklərini qeyd edib: “Son zamanlar sıx qrafkdə oynayırıq. “Turan Tovuz”la oyuna itkilərlə çıxmışdıq. Bəzi futbolçular xəstə idi. Sürətli oyun alındı. Sonradan daxil olan futbolçulardan razı qaldım. Məqsədimiz çempionluqdur. Xallar itirsək də, yolumuza davam edirik”.

Bir müddət əvvəl MOİK-də baş məşqçi dəyişikliyi oldu. Müşfiq Qəmbərovun vəzifəsindən ayrıldı. Onu isə buna qədər klubda vitse-prezident postunu tutan Ramil Əliyev əvəzlədi: “Müşfiq müəllim öz istəyi ilə istefa verdi. Bu, onun qərarıdı. Klub rəhbərliyi istefa ərizəsini qəbul etdi. Burda nəsə axtarmağa ehtiyac yoxdur. Müşfiqə futbolda məndən yaxın heç kim yoxdu. Onsuz da komandanın içində idim. Heyəti də birlikdə yığmışıq”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30