24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov “Zaqatala” haqda: “Çox işlər görülməlidir”

“Səbail” - “Zaqatala” oyunu canlı izlədim. Həm “Zaqatala”ya azarkeşlik etmək, həm də istirahət etmək üçün “Bayıl Arena”ya yollanmışdım”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

I divizionun XI turu çərçivəsində keçirilən “Səbail” - “Zaqatala” (1:2) oyununa stadiondan baxan təcrübəli mütəxəssis Premyer Liqa və I divizion arasında müqayisə aparıb: “Maraqlı oyun alındı. “Zaqatala” qələbə qazandı. Təbii ki, I divizionla Premyer Liqa arasında fərq var. I divizionda mübarizə daha çoxdur. Keyfiyyət baxımından fərq dərhal hiss olunur. Oyunlar maraqlı olsa da, ustalıq səviyyəsi bir qədər aşağıdır”.

Qurbanov “Zaqatala”nın hazırkı durumunu belə dəyərləndirib: “Komandanın işləri çempionatda pis getmir. “Zaqatala” hazırda ikinci pillədə qərarlaşıb və liderdən cəmi 2 xal geri qalır. Amma komandada çox işlər görülməlidir. Hələ ki istənilən şərait birinci dəstədə yoxdur. İndiki məqamda əsas odur ki. Zaqatalada komanda var, yaşayır, üstəlik azarkeşlər də dəstəkləyirlər. Növbəti matçlarda da komandaya uğurlar arzulayıram”.

“Zaqatala” Premyer Liqada nəyə nail ola bilər” sualını “Qarabağ”ın çalışdırıcısı belə cavablandırıb: “Komanda Premyer Liqaya yüksələcəyi təqdirdə, dəyişikliklər olmalıdır. Bu, mütləqdir. İlk növbədə heyət güclənməlidir. İndi də heyətdə yaxşı futbolçular var. Lakin Premyer Liqada bu heyətlə mübarizə aparmaq çətin olar. Ona görə də heyətə ustalıq səvivyyəsi yuxarı olan futbolçular cəlb olunmalıdır”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30