29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

I divizionda ayın ən yaxşı qolunun müəllifi: “Haqq-ədalət yerini tapdı”

I divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi Emin Mehtiyev Futbolxeber.az saytına müsahibə verib.  

- I divizionun 11-ci turunda çətin “Səbail” səfərində 3 xal qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Gördüyünüz kimi, oyun ağır oldu. Erkən qol buraxdıq. Bundan sonra komandada bir qədər gərginlik oldu. Lakin çox keçmədən toparlanmağı bacardıq. Elə ilk yarıda hesabı bərabərləşdirdik. İkinci hissədə isə qələbə qolunu vurduq.

- Bu oyuna qədər “Səbail”lə xallarınız bərabər idi. Artıq lider “Turan Tovuz”un ən yaxın izləyəcisi “Zaqatala”dır...

- Hədəfimiz çempionluqdur. “Turan Tovuz”un xal itirməsini gözləyirik. İnanırıq ki, bu baş verəcək və fasiləyə ilk pillədə yollanacağıq.

- Birinci hissədə zədələnib, meydanı tərk etdin. Hazırda vəziyyətin necədir?

- Bu gün müayinədən keçəcəyəm. Bundan sonra zədəmin nə dərəcədə ciddi oluğu bilinəcək.

- Premyer Liqada kifayət qədər təcrübən var. Yüksək liqa ilə I divizion arasında nə dərəcədə fərq var?

- Əvvəl fərq yerlə göy qədər idi. Lakin bu mövsüm I divizion fərqli keçir. Hazırda bu yarışda oynamaq, uğur qazanmaq çox çətindir. Əksər komandalar oyunlara çox aqressiv hazırlaşırlar. Meydanda maraqlı, gərgin mübarizə gedir.

- Növbəti mövsüm “Zaqatala”nı Premyer Liqada görə biləcəyik?

- Məqsədimiz budur. İnanıram ki, Premyer Liqaya vəsiqə qazanacağıq.

- Uzun illər Premyer Liqada çıxış etmisən. Hazırda I divizionda oynamağına səbəb nədir: Premyer Liqa klublarından maraq yox idi, yoxsa “Zaqatala”nın təklifi daha cəlbedici idi?

- Premyer Liqadan təklif var idi. AZAL məni heyətində görmək istəyirdi. Lakin razılaşmadıq. Ona görə də “Zaqatala”la ilə müqavilə imzaladım. Burada özümü sübut etmək istəyirəm. Sonra yenidən Premyer Liqada oynamağı hədəfləyirəm.

- Belə başa düşdüm ki, Premyer Liqadan təklif olsa, “Zaqatala”dan ayrıla bilərsən...

- Bəli. Təklif olsa, danışıqlara gedə bilərəm.

- Yəqin ki, ən çox yetirməsi olduğun “Neftçi”nin təklifi səni sevindirər...

- “Neftçi”nin formasını geymək istərdim. Amma bunun üçün ilk növbədə təklif olmalıdı.

- Oktyabr ayında I divizionda vurulan ən yaxşı qolun müəllifisən. Qalib seçilməyin sənin üçün sürpriz olmadı ki?

- Açığı, bunu gözləmirdim. Çünki PFL-in rəsmi saytında keçirilən sorğuda ilk iki yerlə aramda fərq çox idi. Heç kimə deməmişdim ki, mənə səs versinlər. Səsvermədə geri olsam da, yekunda birinci oldum. Sağ olsun jurnalistlər, PFL-in əməşdakları. Haqq-ədalət yerini tapdı. Mənə səs verən hər kəsə minnətdaram.

- Mənə görə ən yaxşı qolun müəllifi elə sən idin. Maraqlıdır, sən özün kimə səs verərdin?

- Vurulan qolların hamısı yaxşı idi. Komanda yoldaşım Cavadın da, Səbailin də qolu gözəl idi.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31