20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qara Qarayev: “Danışılası bir şey yoxdu”

“Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Qara Qarayev DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduğumuz oyundan sonra deyib.

O, növbəti oyunlara hazırlaşmalı olduqlarını bildirib: “Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq. Artıq danışılası bir şey yoxdu. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar. İnşallah, məğlubiyyət komandada ruh düşkünlüyü yaratmaz. Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdu. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Şimali İrlandiya yığması heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Şimali İrlandiya ilə oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30